TƏNƏZZÜL
TƏNGİŞDİRMƏ
OBASTAN VİKİ
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Təng
Təng (Germi) Təng Erəm — İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. Təng-i Bələkə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Təng (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Təng (Germi)
Təng (fars. تنگ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (42 ailə).
Təng Erəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
Poşt Təng (Bicar)
Poşt Təng (fars. پشت تنگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Qışlaq-i Təng (Meşkinşəhr)
Qışlaq-i Təng (fars. قشلاق تنگ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (14 ailə).
Təng-i Bələkə (Soyuqbulaq)
Təng-i Bələkə (fars. تنگ بالكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (35 ailə).